UFAZ

Fransa-Azərbaycan Universiteti (UFAZ)  Fransa və Azərbaycan Respublikaları Prezidentlərinin təşəbbüsü ilə irəli sürülmüş layihədir. 2016-cı ildən başlayaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Strasburq Universiteti tərəfindən birgə aparılacaq tədris aşağıdakı 4 ixtisas üzrə  həyata keçiriləcəkdir:

 1. Geofizika mühəndisliyi;

2. Kimya mühəndisliyi;

3. Kompüter elmləri;

4. Neft-qaz mühəndisliyi.

Tədris Fransız proqramları əsasında aparılacaq və UFAZ məzunları iki diplom  (Strasburq Universiteti və ADNSU) alacaqlar.

Bütün ixtisaslar üzrə tədris 4 il (1 il hazırlıq + 3 il əsas tədris) ərzində ingilis dilində ADNSU-da aparılacaq. İxtisaslar üzrə UFAZ-ın ən yaxşı tədris göstəricilərinə malik tələbələri II və ya III kursda 1 semestr müddətinə Fransa universitetlərinə mübadilə oluna bilərlər. Onlar üçün Fransada yay məktəblərinin təşkili də nəzərdə tutulur.

2016/2017-ci tədris ili üçün UFAZ-da hər bir ixtisas üzrə 30 dövlət sifarişli və 10 ödənişli əsaslarla, cəmi 160 tələbənin təhsil alması nəzərdə tutulur. 

Elanlar